AZ

Azerbaycanda qiymətli kağızlar bazarı ilə bağlı yeni layihəyə başlanılıb - AMB rəsmisi

Bakı. Trend:

Azerbaycanda qiymətli kağızlar bazarı qanunvericiliyininbeynəlxalq standartlara ve yerli bazarın tələbinə uyğunlaşdırılmasıilə bağlı geniş bir layihəyə start verilmişdir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) Kapitalbazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinindirektoru Umeyra İbrahimova bu gün Bakıda keçirilən 12-ciBeynəlxalq Xəzər İnvestisiya Forumunda deyib.

O bildirib ki, Mərkəzi Bank tərəfindən qəbul olunmuş“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndakapital bazarları xüsusi önəm kəsb edir:

"Korporativ qiymətli kağızlar bazarının dövriyyəsinin həcmi2023-cü illə müqayisədə 2024-cü ilin sonuna 135 faiz artaraq 1milyard 30 milyon manata çatmışdır. Qiymətli kağızlar bazarıqanunvericiliyinin beynəlxalq standartlara ve yerli bazarıntələbinə uyğunlaşdırılması ilə bağlı geniş bir layihəyə artıq startverilmişdir".

U.İbrahimova əlavə edib ki, iqtisadiyyatın dayanıqlı və davamlıinkişafında sahibkarlıq sahəsinin, real sektorun roludanılmazdır.

"Bizim də əsas məqsədimiz real sektorun inkişafına dəstəkverərək iqtisadiyyata müsbət töhfəmizi verməkdir. Bu istiqamətdəbütün səylərimizi göstərəcəyik", - deyə o vurğulayıb.

Seçilən
27
az.trend.az

1Mənbələr