AZ

Astarada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb

Astarada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.

News365.az xəbər verir ki, Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə səhər saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Rayonun Ojakəran kənd sakini 29 yaşlı Röyal Kazımzadə idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada rayonunun Ərçivan qəsəbə sakini 49 yaşlı Fuad Nuriyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəzanı törətməkdə şübhəli bilinən Röyal Kazımzadə polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin ehtimal kimi qəzaya səbəb olaraq, havanın dumanlı olması göstərilir.

Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər yenilənəcək...

Seçilən
30
news365.az

1Mənbələr