AZ

BFB: Listinqdə olan şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbəti cəmi 3%-dir

2024-cü ilin sonuna "Bakı Fond Birjası" QSC-də listinqdə olan şirkətlərin kapitallaşmasının ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 3 % təşkil edib.

"Report" xəbər verir ki, bunu Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

"Halbuki Türkiyədə bu nisbət 28 %, Qazaxıstanda isə 25 %-dir. Azərbaycanda da bu göstəricinin bir neçə dəfə artması potensialı var", - deyə o qeyd edib.

Seçilən
24
report.az

1Mənbələr