AZ

“Atletiko”nun futbolçusu “Real”ı məğlub etməyin yolunu dedi

“Atletiko”nun futbolçusu Rodriqo de Paul Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi madridliləri məğlub etməyin yollarını deyib:

“Belə oyunlardan həzz almaq lazımdır. Hər gün bu cür matçlar olmur. “Real”a qalib gəlmək üçün komanda şəklində oynamalıyıq. Belə matçların taleyi fərdi oyunçulardan və ya bir detaldan asılı olmur. Yalnız komanda şəklində oynayaraq qələbə mümkündür”.

“Atletiko” – “Real” oyunu saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda “Real” qələbə qazanıb – 2:1.

Seçilən
25
futbolpress.az

1Mənbələr