AZ

Azərbaycanın ən yaşlı kişisi əməliyyat olunub – Video


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) uğurla icra edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ATU məlumat yayıb.
Bildirilib ki, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatı apaılması qərarı verilib.
“Omba protezi əməliyyatı - bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayırlar.
Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan xəstəmiz əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, H. İbrahimov həm də Azərbaycanın ən yaşlı kişisidir.
Seçilən
9
30
yeniavaz.com

10Mənbələr