Ukrayna Silahlı Qüvvələrinin “Şimal” qrupunun komandiri Dmitri Krasilnikov istefa verib.
Herbiand.az xəbər verir ki, bu barədə “Strana.ua” yazıb.
O, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski onu martın 7-də tutduğu vəzifədən uzaqlaşdırıb. Nəşr belə qənaətə gəlib ki, bundan sonra rus qoşunları Kursk vilayətində qaz kəməri vasitəsilə içəriyə doğru hərəkət ediblər. Nəticədə, Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə müdafiəsi iflasa uğrayıb.
General əlavə edib ki, ona istefanın konkret səbəbləri göstərilməyib.
Bəxtiyar CƏFƏRLİ