
“Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Bəli, biz beynəlxalq hüquqi platformalarda bir-birimizə qarşı mübahisələrin, iddiaların və şikayətlərin aradan qaldırılmasını müzakirə edirik”, - deyə o qeyd edib.
O deyib ki, İrəvan və Bakı Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində üçüncü tərəflərin istisna edilməsi məsələsini də müzakirə edirlər.