Haitinin futbol üzrə milli komandası Azərbaycanla yoldaşlıq görüşü keçirmək üçün Bakıya martın 17-də gələcək. 

Offsideplus.az xəbər ki, bu məlumatı Haiti Futbol Federasiyası yayıb. 

Sebastien Minyenin rəhbərlik etdiyi kollektiv 18-21 mart aralığında gündə 1 dəfə olmaqla məşqə çıxacaq.

Martın 22-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan və Haiti arasında tarixdə ilk dəfə futbol oyunu baş tutacaq.

Qonaqların ölkəmizə 5 gün qabaqcadan gəlməsinin 2 səbəbi var. Birincisi, komanda üzvləri yol yorğunluğuna görə matça hazır olmayacaqlarından ehtiyatlanırlar. Haiti Şimali Amerika materikində, Atlantik okeanının sahillərində yerləşir. Bakya qədər məsafə 11 300 km təşkil edir.

Bundan başqa, haitili futbolçular oyuna qədər ölkələrimiz arasındakı 8 saatlıq vaxt fərqinə öyrəşməyə çalışacaqlar.

Azərbaycanla görüş Haiti milli komandası üçün dünya çempionatının ikinci seçmə məhələsində Aruba və Kurakao yığmalarına qarşı oyunlara hazırlıq xarakteri daşıyır. Rəqibimizin gələn il keçiriləcək dünya çempionatına düşmək şansı heç də pis deyil.