AZ

Bədən kütləsini sabit saxlamaq üçün sağlam, düzgün qidalanma şərtdir - SN

Bakı. Trend:

Bədən kütləsini sabit saxlamaq üçün sağlam, düzgün qidalanmaşərtdir.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşovadına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloq-hepatoloqu TuranKərimova açıqlayıb.

Onun sözlərinə görə, burada qida rasionunun çox böyük roluvar:

“Bədən çəkisinin sabitliyi üçün maddələr mübadiləsinin normalolması şərtdir. Çəkinin azalması üçün maddələr mübadiləsininsürətlənməsi vacibdir. Bu zaman qəbul olunan qidada zülalların,karbohidratların, yağların düzgün balansını təşkil etmək zəruridir.Məsələn, qidanın hansı hissəsini ət, tərəvəz, karbohidratlar (dənlibitkilər, kartof, un məmulatları və s.) təşkil edilməsinə diqqətyetirmək lazımdır. Bunu da qeyd etmək vacibdir ki, çəkinin sabitsaxlanılması üçün təkcə porsiya yox, qidanın hansı qaydada, necəbişirilməsi, hansı ədviyyatların əlavə olunması, yeməyə əlavəolunan tərkibin nə qədər bişirilməsi çox əhəmiyyətlidir. Belə ki,hər bir qidanın bişmə temperaturu və müddəti var. Buna riayətolunan zaman onun tərkibi demək olar ki, dəyişmir, yənitərkibindəki vitaminlər, minerallar, amin turşular və s.parçalanmır, orqanizm ondan istifadə edə bilir”.

T.Kərimova bildirib ki, həmçinin hansı qidanın daha tez,hansının daha gec həzm prosesinə məruz qalmasını da nəzərə almaqlazımdır:

“Məsələn, karbohidratlar daha tez, yağlar və zülallar daha gecparçalanır. Eyni zamanda, qidanın qəbul olunma vaxtına da diqqətyetirilməlidir. Çünki gündüz saatlarında fermentativ proseslərsürətlə, axşam saatlarında isə ləng gedir. Bütün bunlar həzmprosesinin düzgün tənzimlənməsinə, öz növbəsində mübadiləproseslərinin sürətlənməsinə səbəb olur. Nəticə etibarilə bədənçəkisi sabit qalır”.

Məqalədə:
Seçilən
26
4
az.trend.az

5Mənbələr