Bakı. Trend:
Qadınların həyatındakı hamiləlik dövrü olduqca mürəkkəbdir. Buzaman dölün inkişafına və ananın orqanizminə zərər verə biləcəkbütün qidalardan uzaq durmaq lazımdır.
Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşovadına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloq-hepatoloq TuranKərimova açıqlayıb.
Onun sözlərinə görə, bu müddət ərzində dölün normal inkişafınamüsbət təsir edən, rahat həzm olunan, qida və enerji dəyəri yüksək,zülallar, minerallar, vitaminlərlə zəngin qidalar qəbuledilməlidir:
“Paralel olaraq, kənardan ginekoloqun tövsiyəsi ilə müəyyənvitaminlərin, mineralların qəbulu da məsləhətdir. Dölə və anayadaha faydalı olan qidalar balıq, az yağlı ət, giləmeyvələr, paxlalıbitkilər, yumurta, süd və süd məhsulları, tərəvəzlərdir. Təbii ki,bütün sadaladıqlarım mövsümə uyğun olmalıdır. Hamiləlik dövründəkirasionda aşağıdakı vitamin və mineralların daxil olması vacibdir.Kalsium körpənizin dişləri və sümüklərinin formalaşması üçünvacibdir. Qatıq, süd, pendir və tünd yaşıl yarpaqlı tərəvəzlər bubaxımdan əla mənbələr hesab edilir. Dəmir qırmızı qanhüceyrələrinin böyüməkdə olan körpənizi oksigenlə təmin etməsinəkömək edir. O, yağsız qırmızı ət, quş əti, noxud və lobyanıntərkibində mövcuddur. Yod mənbələrinə süd məhsulları, dənizməhsulları, ət və yumurta daxildir. Xolin dölünüzün beyin və onurğasütununun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və süd, yumurta,fıstıq və soya məhsulları bu baxımdan yaxşı seçimdir. Qidalanmazamanı taxıl porsiyanızın yarısını bütöv taxıldan ibarət edin.Bütöv taxıl dedikdə, emal olunmamış bütöv taxıl ləpələri nəzərdətutulur. Bəzi nümunələrə yulaf, arpa, kinoa, qəhvəyi düyü və bulquraiddir”.
T.Kərimova sonda qeyd edib ki, hər gün müxtəlif zülallarlaqidalanmaq vacibdir:
“Ət, quş əti, lobya, noxud, yumurta, qoz-fındıq və toxumlarzülalla zəngin qidalara misaldır. Yağ qəbulu da hamiləlik zamanıçox böyük əhəmiyyət kəsb edir. Təbii ki, bütün qeyd olunanlarlabərabər porsiyaların düzgün seçilməsi və hamilə qadının yanaşıpatologiyasının olub-olmaması da diqqətdə qalmalıdır”.