"Hamilələrdə ciddi həzm sistemi ilə bağlı problemlər yaranır".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Akad.M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloq-hepatoloqu Turan Kərimova deyib.
Onun sözlərinə görə, həm ananın orqanizmi, həm də dölün inkişafı üçün sağlam qidalanma mütləqdir:
"Tərəvəzlərə, balığa, zülallara, süd və süd məhsullarına üstünlük verilməlidir".
Mina Mikayılova