Türkiyə hakimiyyəti ölkənin beynəlxalq “sülh diplomatiyası” mərkəzlərindən birinə çevrilməsi istiqamətində uğurlu addımlar atır. Xəbəri “Anadolu” verib.
Bunu Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Türkiyəni regionda sabitlik mənbəyi rolundan kənara çıxaraq, “sülh diplomatiyası” mərkəzlərindən birinə çeviririk”, - Türkiyə lideri xüsusilə qeyd edib.
Dövlət başçısı daha sonra vurğulayıb ki, Türkiyə xeyirxahlıq bayrağını daşıyır və dünyanın hər yerində, xüsusən də məzlumlar coğrafiyalarda sülh, inam və əmin-amanlıq mühiti yayır.
P.ƏMİRCANOV
XQ