AZ

Qusarda iki mərtəbəli ev yandı

Qusarda iki mərtəbəli ev yanaraq külə döndü.     

News365.az xəbər verir ki, Qusarda gecə saatlarında iki mərtəbəli ev yanıb.Hadisə nəticəsində ev sahibinə 25-minə kimi ziyan dəyib.

Hadisə Quxuroba kəndində qeydə alınıb.Evin birinci mərtəbəsində baş verən yanğın daha sonra digər otaqlara da keçib.

Nəticədə 8 otaqlı,iki mərtəbəli ev yanaraq külə dönüb. Yanğın yerinə Qusar rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb.

Yaxınlıqdakı tikililər mühafizə olunub.

Xəbər yenilənəcək

Seçilən
14
news365.az

1Mənbələr