AZ

"Neftçi"də məşqçi ayrılığı reallaşdı

Ötən yay "Səbail"dən ayrılaraq "Neftçi"nin Futbol Akademiyasına üz tutan Asif Mirili yenidən iş yerini dəyişib. 

Fanat.Az-ın məlumatına görə, 35 yaşlı mütəxəssis "Vətən"ə keçib.

O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. Mirili bu postda ötən ay U-17 liqasında davaya səbəb olduğu üçün istefaya göndərilən Elvin Həsənovu əvəz edəcək. 

Asif artıq yeni komandasını ilk oyuna da çıxarıb. O, çempionatın üçüncü dövrəsinin ilk oyununda keçmiş komandası "Səbail"lə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Asif Mirili futbolçu kimi Premyer Liqada "İnter", "Simurq", "Xəzər Lənkəran", AZAL, "Səbail" klublarında çıxış edib və oyunçu karyerasını məhz sonuncuların heyətində başa vurub. 

Mirağa 

Seçilən
12
fanat.az

1Mənbələr