AZ

Ermənistan və Azərbaycan arasında yenidən müharibə ehtimalı yoxdur



"Azərbaycan və Ermənistan arasında yenidən müharibənin lokal versiyası ehtimalı yoxdur. Azərbaycan ümumiyyətlə müharibənin yenidən başlamasında maraqlı tərəf deyil".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Ermənistanda isə revanşist qüvvələr, hakimiyyəti Azərbaycanla müharibə etməyə çağırırlar:

"Bu çağırışları ölkə daxili siyasətə hesablanmış çağrışlar da hesab etmək olar. Ermənistanda müharibəyə qərar verən şəxsin isə, belə bir imkanının olmadığını bildiyi üçün, yaxın gələcəkdə, ən azından bu il üçün müharibə qərarı verəcəyi gozlənilmir. 44 günlük müharibənin və antiterror əməliyyatlarının şiddəti və təsiri, Ermənistanın Azərbaycana qarşı yenidən, bu qədər tez bir zamanda müharibəyə başlama ehtimallarını da o qədər inandırıcı göstərmir. Çünki, Azərbaycan ordusunun göstərdiyi o 44-günlük cəhənnəm, Ermənistan baş naziri və erməni xalqının ağlını başına gətirdi. Əgər diqqət yetirirsinizsə, Ermənistan hakimiyyəti, Azərbaycana, xüsusilə də Türkiyəyə qarşı çox diqqətli davranır və yürüdülən klassik siyasət dəyişməkdədir. Həmçinin Ukraynanın başına gətirilənlər və Kiyevə dəstək verənlər, ona arxa duranların nə qədər mövqelərini tez bir zamanda dəyişmələri Ermənistan hakimiyyəti üçün də bir dərs sayıla bilər. Bu səbəbdən Azərbaycana qarşı Ermənistanı qaza gətirən, silahlandıran ölkələrin səmimiyyəti də şübhə altına girir".

Ekspert hesab edir ki, hər iki ölkə sülh danışıqlarının davam etməsində maraqlıdır:

"İnanıram ki, Türkiyə proseslərin müsbət həlli üçün əlindən gələni edir. Proseslərə mane olmaq istəyən qüvvələrin təxribatlar həyata keçirmələri ehtimalı istisna deyil. Amma, Ermənistan və Azərbaycan arasında yenidən müharibə ehtimalı yoxdur".

Anar Əliyev
Seçilən
26
newscenter.az

1Mənbələr