AZ

"Porsche"nin mənfəəti 30 faiz azaldı

Alman lüks idman avtomobil istehsalçısı "Porsche" 2024-cü ildə qazancının 30,3%-ni itirib. 

Valyuta.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Ötən ilin sonunda "Porsche"nin mənfəəti təxminən 3,6 milyard avro təşkil edib, 2023-cü ildə bu rəqəm 5,2 milyard avro olub.

Beləliklə, 2024-cü ildə "Porsche" tədarükləri 3%, Çində isə bu rəqəm 28% azalıb. Şirkət "Porsche"nin gələcəkdə daha ehtiyatlı olacağını bildirib.

Paşa Məmmədli

Seçilən
10
valyuta.az

1Mənbələr