Yekaterinburqda qastroenterit epidemiyası ilə əlaqədar UrFU-nun ixtisaslaşdırılmış tədris və elm mərkəzindən 31 nəfər həkimlərə müraciət edib.
Sverdlovsk vilayəti Səhiyyə Nazirliyinin Telegram kanalında deyilir: “31 nəfər tibbi yardım üçün müraciət edib.
İdarədən verilən məlumata görə, onların arasında bir yetkin şəxs də var.
Xəstəxanaya yerləşdirilənlərin sayının 28-ə yüksəldiyi də məlumdur.
Qastroenterit xəstəliyinin yayılması ilə əlaqədar liseydə dərslər distant rejimdə aparılacaq.
DOĞRU.AZ