AZ

Tramp Rusiyanın atəşkəs təklifini qəbul edəcəyinə ümid edir

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Rusiyanın ABŞ və Ukrayna rəsmiləri tərəfindən hazırlanan atəşkəs təklifini qəbul edəcəyinə ümid etdiyini bildirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, o, eyni zamanda, ABŞ-ın Rusiya ilə görüş keçirəcəyini və bu həftə Rusiya prezidenti Vladimir Putinlə görüşməsinin mümkün olduğunu qeyd edib.

Tramp jurnalistlərə açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenskini yenidən Ağ Evə dəvət edəcəyini vurğulayıb.

Qeyd edək ki, iki lider keçən ay Oval kabinetdə görüş zamanı fikir ayrılığı yaşayıb və Zelenski ABŞ ilə kritik mineral müqaviləsi imzalamadan Vaşinqtonu tərk edib.

Seçilən
20
turkic.world

1Mənbələr