AZ

Ermənilərin əksəriyyəti baş nazir Paşinyanın işini bəyənmir

Ermənistanda respondentlərin əksəriyyəti baş nazir Nikol Paşinyanın işini bəyənmir - sorğunun nəticələrini Gallup Beynəlxalq Assosiasiyasının rəhbəri Aram Navasardyan təqdim edib, Ermənistan KİV-i xəbər verir.

- Sorğu nəticələrinə görə, respondentlərin 46,5%-i Paşinyanın fəaliyyətini tamamilə bəyənmir, 19,1%-i onu kifayət qədər mənfi qiymətləndirir, 15,5%-i kifayət qədər müsbət, yalnız 9%-i hazırkı baş nazirə müsbət münasibət bəsləyir.

- Respondentlərin 12%-dən az hissəsi Ermənistanda keçiriləcək parlament seçkilərində hakim “Mülki Müqavilə”yə səs verməyə hazırdır. Respondentlərin

- 4,7 faizi Pobert Köçəryanın müxalif “Ermənistan” blokuna,

- 3,5 faizi isə “Dog” partiyasına,

- 2,7 faiz iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” və

- 2,1 faizlə Serj Sarqsyanın “Şərəfim var” partiyasına səs verəcəklər.

- 6,2% heç bir partiyaya səs vermək istəmir, digər 4,7% isə bülleteni korlamağı planlaşdırır. Respondentlərin 24,6 faizi cavab verməkdə çətinlik çəkib, 32,4 faizi isə ümumiyyətlə seçkilərdə iştirak etməyi planlaşdırmır.

- Həmçinin Ermənistan sakinlərinin əksəriyyəti respublikanın Konstitusiyasının dəyişdirilməsinin əleyhinədir və Rusiya ilə yaxınlaşmanın tərəfdarıdır. Sorğunun nəticələrinə görə, respondentlərin 59,6%-i Ermənistan Konstitusiyasının dəyişməz qalmalı olduğunu, 18,4%-i bəzi müddəalara dəyişikliklərin edilməli olduğunu, 7,5%-i isə ölkənin yeni Əsas Qanuna ehtiyacı olduğunu düşünür.

Seçilən
13
anspress.com

1Mənbələr