AZ

"Barselona"nın ulduzuna 100 milyonluq təklif irəli sürüldü

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Barselona"nın futbolçusu Rafinyanı transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, “Əl-Hilal” futbolçu üçün 100 milyon avro təklif irəli sürüb. Klub Rafinyanın özünə illik 15 milyon avro təklif edib. Bildirilir ki, əlverişli təklifə baxmayaraq, "Barselona" futbolçunu göndərmək istəmir. Futbolçu özü də klubda qalmaq istəyir.

Qeyd edək ki, Rafinyanın klubu ilə müqaviləsi 2027-ci ildə yekunlaşır. “Barselona”nın futbolçuya yeni müqavilə təklif etdiyi bildirilir. Yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Rafinya yeni müqaviləni imzalasa da, daha çox məvacib alacaq.

Seçilən
15
metbuat.az

1Mənbələr