AZ

“Uşaqlara göstərilən sosial psixoloji xidmətlər, təhsildən yayınma hallarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Təhsildə sosial iş xidməti çərçivəsində həyata keçirilən görüşlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayon, Mehdiabad qəsəbəsi 4 saylı və Ağdam rayonu Baharlı qəsəbə tam orta məktəblərində “Uşaqlara göstərilən sosial psixoloji xidmətlər, təhsildən yayınma hallarının qarşısının alınması” mövzusunda tədbirlər keçirilib. 

 

Görüşlərdə məktəblərin direktor, müəllim və şagird heyəti iştirak edib. 

 

Əməkdaşlar iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, təhsildə sosial iş xidmətinin əhəmiyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə təqdimatlar ediblər. O cümlədən, müvafiq sahələrdə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər 

 

Tədbirlərin əsas mövzusu olan uşaqlara göstərilən sosial psixoloji xidmətlər, təhsildən yayınma hallarının qarşısının alınması haqqında ətraflı danışılıb. Çıxışlar zamanı vacib məqamları özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.

 

İştirakçılarla mövzuya dair müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Seçilən
21
qht.az

1Mənbələr