AZ

Xanəndə: Toyda araq olur, kimsə istəyir

“Bu gün bir axın var. Bayağı musiqilər kanallarda ayaq açıb yeriyir. Sosial şəbəkədə, toyxanada kim nə istəyir oxusun. Heç kimin yaradıcılığına, ifasına qarışmıram. Amma efirə gələndə keyfiyyətli musiqi oxusun”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.

Xanəndə efir vasitəsi ilə aparıcılardan efirdə bayağı deyil keyfiyyətli musiqi səslənməsini istəyib:

“Aparıcıların tələbi olsun ki, bəstəkar mahnısı, keyfiyyətli musiqi oxu. Başa düşürəm, özəl kanaldır, kommersiya məsələsi var. Toya gedirsən dolanmağa. Gəlib kimsə onu məcbur edir, keyfiyyətsiz musiqi oxuyur. Toyda içki olur, kimsə istəyir. Amma efirdə yox”.

M.İbrahimov yalnız elit toylara getdiyini açıqlayıb:

“Biz də toya gedirik, amma az. Sənətimizə hörmət olan yerə. Elit toylara gedirik, açılışında 20 dəqiqə çıxış edirik. Sırf öz mahnılarımızı oxuyuruq. Hətta toyu olan gənclər siyahı yazır ki, bunu oxuyun. Gözəl mahnılar istəyirlər, ona da oynayırlar”.


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr