AZ

Jenezyo: “Borussiya” təcrübəli olsa da, şanslar bərabərdir”

“Lill”in baş məşqçisi Bruno Jenezyo Çempionlar Liqası 1/8 finalının evdə Dortmund “Borussiya”sı ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizim müstəsna nəticələrimiz var və biz bunun davam etməsini istəyirik. Bizə, oynamaq və oyundan zövq almaq gərəkdir, sakitliyimizi qoruyub-saxlamalıyıq. Biz mümkün hər şeyi etməliyik, əgər biz bunu edə bilsək, gərəkli nəticəni əldə edəcəyik.

Biz unutmağa meylliyik ki, “Borussiya” Çempionlar Liqasının ötənilki finalçısıdır və onlar ora çıxmaq üçün PSJ-ni kənarlaşdırmışdılar. Onlar bizdən fərqli olaraq, daha çoxlu təcrübəli oyunçulara malikdirlər. Odur ki, imkanlar əllinin əlliyədir”, deyə Jenezyo vurğulayıb.

“Lill” – “Borussiya” oyunu bu gün, martın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.

Xatırladaq ki, Dortmunda keçirilmiş ilk oyunda komandalar 1:1 hesablı heç-heçə oynayıblar.

Seçilən
11
arena.az

1Mənbələr