AZ

“Ən Yaxşı Təqdimat” müsabiqəsində növbəti mərhələyə start verilib

Ölkə üzrə 3952 şagird müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən Yaxşı Təqdimat” müsabiqəsinin qeydiyyat mərhələsi uğurla yekunlaşıb.

Bu barədə Operativ Media-ya MÜTDA məlumat verib.

Ölkə üzrə 3952 şagird müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçib. Növbəti regional mərhələ 10-19 mart tarixlərində keçiriləcək.

Regional mərhələdən uğurla keçən iştirakçılar final turuna vəsiqə qazanaraq öz təqdimat bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

Seçilən
2
operativmedia.az

1Mənbələr