Sea Breeze

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin icra etdiyi “Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirilib.

Layihə iştirakçıları arasında bu peşə məktəbinin də tələbələri olacaq.

Layihənin məqsədi peşə təhsili barədə ictimaiyyətdə mövcud olan stereotipləri qırmaq və gənclər arasında peşə təhsilinə marağın artırılmasına nail olmaqdır. Layihə çərçivəsində gənclərdə peşə təhsilinə marağın yaradılması, onların gələcək peşə karyerasının qurulmasında zəruri məsləhətlərin verilməsi nəzərdə tutulur.

Bunun üçün layihə iştirakçıları üçün peşəkar təlimlərin təşkili, cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük rol oynayan, yaradıcı kontent vasitəsilə brendin hədəf auditoriyasının diqqətini çəkə bilən influencerlərlə görüşlərin keçirilməsi, həmçinin uğur hekayələrinə həsr olunan videoçarxların hazırlanması planlaşdırılır.

Layihə Azərbaycan Respublikası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

ETX
ETX
ETX