Qəzza zolağı humanitar fəlakətin astanasındadır və artıq aclığın ilk əlamətləri ilə üz-üzədir.Missiya.Az xəbər verir ki, bu barədə martın 11-də Fələstinin HƏMAS radikal hərəkatının nümayəndəsi Hazem Qasem məlumat verib.
Qasem ərəb dövlətlərini Misirdə keçirilən sammitin qərarlarını yerinə yetirməyə və əhali arasında aclığın qarşısını almağa, həmçinin anklavın blokadasının aradan qaldırılmasına kömək etməyə çağırıb.
Xatırladaq ki, HƏMAS ABŞ-nin danışıqları davam etdirmək planından imtina etdikdən sonra İsrail Müdafiə Qüvvələri Qəzza zolağına humanitar yardımı dayandırıb.
Zərintac MayisqızıMissiya.Az