AZ

Korrea hakimi təhqir etdiyinə görə 5 oyunluq cəza aldı

"Atletiko Madrid"in hücumçusu Anxel Korrea hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb.

"Atletiko Madrid"in hücumçusu Anxel Korrea La Liqanın 27-ci turunda 2:1 hesabı ilə uduzduqları "Xetafe" matçında hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb.

Operativ Media xəbər verir ki, argentinalı hücumçu 87-ci dəqiqədə meydandan qovulub . Eyni zamanda o, hakimə qarşı nalayiq ifadələr işlədib və bu, nümayəndə tərəfindən matçın protokolunda qeyd edilib.

“Atletiko” La Liqa turnir cədvəlində lider “Barselona”dan bir xal geri qalaraq üçüncüdür.

Bu mövsüm 30 yaşlı Korrea bütün turnirlərdə 38 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
14
operativmedia.az

1Mənbələr