Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanla Niderland strateji tərəfdaş olublar.
Bu gün İrəvanda Ermənistan ilə Niderlandın XİN rəhbərləri strateji tərəfdaşlıq bəyannaməsini imzalayıblar. Razılaşma hərbi sahə də daxil olmaqla, müxtəlif sferalarda əməkdaşlıq etməyi nəzərdə tutur.
Sənədin imzalanması mərasimi Niderlandın xarici işlər naziri Kaspar Veldkampın İrəvana səfəri zamanı keçirilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan birgə mətbuat konfransında bildirib ki, sənəd iqtisadi və siyasi əlaqələrin gücləndirilməsindən tutmuş hibrid təhlükələrlə mübarizəyə qədər müxtəlif sahələri əhatə edir. Mirzoyan əlavə edib ki, razılaşmada Cənubi Qafqaz regionunda ölkələrin suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh və sabitliyin bərqərar edilməsi səylərinə yardım ediləcəyi də qeyd edilir.
Niderlandın xarici işlər naziri Kaspar Veldkamp diqqəti sənədin hərbi sahədə, o cümlədən silah təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutmamasına yönəldib. Siyasətçi Azərbaycan və Türkiyəni nəzərdə tutaraq, iki ölkə arasında tərəfdaşlığın üçüncü dövlətlərin maraqlarına qarşı yönəlmədiyini söyləyib.
Hürr Tərcüman