AZ

Qaydar Abdikerimov: “Orta Dəhlizlə daşımaların həcminin 6 dəfəyə qədər artırılması planlaşdırılır”

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası 2030-cu ilə qədər daşımaların həcmini 6 dəfə artırmağı və konteyner daşımalarını ildə 300 min TEU-ya çatdırmağı hədəfləyib.

Bunu “Report”a müsahibəsində Beynəlxalq Assosiasiyanın baş katibi Qaydar Abdikerimov bildirib.

“2025-ci ildə Orta Dəhlizlə ümumi yük daşımalarının həcminin 5,2 milyon ton səviyyəsində olacağı gözlənilir (avtomobil daşımaları nəzərə alınmaqla). TBNM assosiasiyasına üzv ölkələrin xətti ilə 4,2 milyon ton yük (2,5 milyon ton quru yük (96 min TEU), 1,7 milyon ton neft) daşınacaq. Bu hədəflərə çatmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır, yəni dəmir yolu operatorları və limanlar keçid məntəqələrində vaqon və konteyner gecikmələrini minimuma endirməlidir, gəmiçilik şirkətləri isə fider gəmilərinin sayını 10 vahidə qədər artırmaq imkanını nəzərdən keçirir”, - o qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

Seçilən
13
1
report.az

2Mənbələr