Ermənistan Respublikasının Baş prokuroru Anna Vardapetyan deputatlar Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün Milli Assambleyaya ərizə ilə müraciət edib.
Sfera.az xəbər veri ki, bu barədə Ermənistam Milli Məclisinin saytında məlumat verilib.
Qeyd edək ki, Ovik Ağazaryana qarşı vəsatət Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan işi ilə bağlıdır. Korrupsiyada adı çəkilən deputatlar arasında Hayk Konjoryan,Matevos Asatryan, Rüstəm Bakoyan, Vilen Qabrielyan, Arpi Davoyan, Qayan Yeqiazaryan, Arman Yeqoyan və Arsen Torosyan da var.
Xatrıladaq ki, Ermənistan Milli Assambleyasında 107 deputat var. Son 5 ildə 9 deputat toxunulmazlıqdan məhrum olunaraq, cinayət təqibinə məruz qalıb.
Firuzə Əliyeva