AZ

Aİ təmsilçisi Ankarada: Bakı-İrəvan mövzusu müzakirə olundu

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Cənubi Qafqaz üzrə danışıqlar aparıb.

Yenisabah.az xəbər verir ki, Maqdalena Qrono Ankara səfərini müsbət qiymətləndirib.

“Ankaraya səfərimizi müsbət yekunlaşdırdıq. Cənubi Qafqazdakı məsələlər və regional mövzular, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Gürcüstandakı münaqişə və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı açıq və konstruktiv fikir mübadiləsinə görə türk həmkarlarımıza minnətdaram”, - diplomat vurğulayıb.

O qeyd edib ki, səfər zamanı Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Aİ ölkələri üçün faydalı ola biləcək əlaqələr və regional əməkdaşlıq imkanları da müzakirə olunub:

“Artan qlobal çağırışlar kontekstində regional sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təşviqi üçün səylərin ikiqat artırılması vacibdir”.


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr