AZ

Latviyanın sabiq Prezidenti: Xll Bakı Qlobal Forumu iştirakçıların Azərbaycanı tanıması üçün gözəl fürsətdir

Bakı, 12 mart, AZƏRTAC

“Bakıda keçiriləcək Xll Bakı Qlobal Forumunda 400-ə yaxın iştirakçı gözlənilir və bu, onların Azərbaycanı tanıması üçün gözəl fürsətdir”.

AZƏRTAC xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa Xll Bakı Qlobal Forumunun İdarə heyətinin mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkələr arasındakı münaqişələr mülki infrastrukturun dağıdılmasına, insanların qətlə yetirilməsinə səbəb olur: “Forumda bütün bu məsələlərin müzakirə olunacağına və həll yolları axtarılacağına inanıram.

Keçən ilin payızında dünyanın diqqətini özünə cəlb edən COP29-da aparılan müzakirələrin problemlərin həllinə necə müsbət təsir göstərə biləcəyini gördük. Beləliklə, forum dünyanın müxtəlif yerlərindən olan iştirakçıların çox geniş şəkildə müzakirələr apara biləcəyi platforma olacaq”.

 

Seçilən
16
2
azertag.az

3Mənbələr