“Türkiyə ilə əməkdaşlığımız həm regional təhlükəsizlik, həm də NATO-nun şərq cinahında sabitlik üçün həlledici olacaq”.
“AzPolitika” xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
Tusk “Türkiyənin buradakı rolu əsas ola bilər” deyərək Ankaranın sülh prosesindəki təsirinə diqqət çəkib. O, Türkiyə və Polşanın Rusiya-Ukrayna sərhədində sabitliyin təmin edilməsinə birgə töhfə verməsinin vacibliyini vurğulayıb.
“Atəşkəsin NATO və Avropa ölkələrinin eyni vaxtda dəstəyi ilə davamlı sülhə çevrilməsində Türkiyənin rolu kritik ola bilər”, - Tusk bildirib.
“AzPolitika.info”