"Qara pulların yuyulması üçün saxta mərc saytları yaradılır" — AÇIQLAMA
"Onlayn mərc oyunları bir çox təhlükəsizlik və sosial problemlərə səbəb ola bilir. Problemləri bir neçə başlığa bölmək olar.
Birincisi kibertəhlükəsizlik və məlumat oğurluğudur. Fırıldaqçılar yaratdıqları saxta mərc oyunları ilə vətəndaşların kart məlumatlarını ələ keçirirlər. Başqa ölkələrdə köçürmə etmək üçün "iban" kodu tələb olunur. Biz isə 16 rəqəmli kodu hara gəldi yazırıq".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.
O bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən saytlarda bir dəfə 3,5 manat qazandıqdan sonra pullar mənimsənilir:
"Real qumarda da qazanma ehtimalı 50%-in altındadır. Qara pulların yuyulması üçün saxta mərc saytları yaradılır. Saxta uduşlar və botlarla oynanan oyunlar vasitəsilə saxta pullar yuyula bilir.
Real həyatda qumar oynayıb ətrafl pislənən insanlar indi qumarı telefonla oynayır. Onlayn mərclər də 7/24 aktivdir. Buna görə insanlar daha çox pul itirir".
Ekspert qeyd edib ki, istifadəçilər itirdikcə daha çox oynamağa meyl edirlər:
"Düşünürlər ki, nə vaxtsa yenidən qazanacaqlar. Ailə və iş həyatı bunlardan mənfi təsirlənir. Uduzan şəxslər borclarını faizlə pul götürərək, sələm verən şəxslərə müraciət edərək, oğurluq və ya dələduzluqla bağlamağa çalışırlar.
Qanunsuz mərc oynayan şəxslər hüquqi məsuliyyətə cəlb oluna bilər. Ölkələrdə mərc oyunlarına yanaşma fərqlidir. Lotoreya oyunlarına qanunla mexanizm qurulmalıdır".
Əfsanə Kamal
Demokrat.az