Hazırda Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində vahid rəqəmsal platforma fəal şəkildə inkişaf etdirilir.
Bunu “Report”a müsahibəsində TBNM-in baş katibi Qaydar Abdikerimov bildirib.
"Bildiyiniz kimi, təkmilləşdirmələrin sonu yoxdur. Biz daim dəhlizin rəqəmsallaşdırılması üzərində işləyirik. Artıq ilk addımlar atılıb və hazırda "Digital Transport Corridor" adı ilə vahid rəqəmsal platforma fəal şəkildə inkişaf etdirilir. Bu sistem dövlət orqanları - gömrük, fitosanitar və sərhəd nəzarəti ilə qarşılıqlı əlaqəni inteqrasiya etməyə imkan verəcək. Biz həmçinin müxtəlif nəqliyyat növlərinin daha sıx inteqrasiyasını da planlaşdırırıq.
Başladılan layihələrdən biri olan "Test Customs" artıq Qazaxıstan və Çin sərhədində fəaliyyət göstərir. O, tranzit bəyannamələrini cəmi 20 dəqiqə ərzində avtomatik olaraq rəsmiləşdirməyə imkan verir ki, bu da konteynerlərin daşınması prosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, - o qeyd edib.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.