AZ

NBA klubun həmsahibi vəfat etdi

Milli Basketbol Assosiasiyası (NBA) klublarından "Miluoki"nin sabiq oyunçusu və həmsahibi Junior Bricmen həyatla vidalaşıb.

Fanat.Az-ın məlumatına görə, informasiyanı NBA-nın mətbuat xidməti məlumat yayıb.

72 yaşında vəfat edən Bricmenin ölüm səbəbi haqqında dəqiq məlumat verilməsə də, çərşənbə axşamı keçirilən xeyriyyə tədbiri zamanı xəstələndiyi bildirilib.

Qeyd edək ki, Bricmen karyerası ərzində "Miluoki" (1975-1984, 1986-1987) və "Los Anceles Klippers" (1984-1986) komandalarında çıxış edib. O, 2024-cü ilin sentyabrında "Miluoki"nin səhmlərinin 10 %-ni alıb.

Seçilən
9
fanat.az

1Mənbələr