AZ

Moskvada polis generalı həbs edildi – Nədə günahlandırıldığı açıqlandı

FSB Moskvada Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Aleksandr Berejnoyu həbs edib.

“AzPolitika” xəbər verir ki, öz mənbələrinə istinadla məlumat yayan “Kommersant” nəşrinin bildirdiyinə görə, general vəzifə səlahiyyətlərindən sui-istifadədə və dələduzluqda şübhəli bilinir.

Müstəntiqlərin fikrincə, 2023-cü ildə o, polis binasında tamamlanmamış təmir işlərinin qəbuluna göstəriş verib. Berejnoy həmçinin şəxsi məqsədləri üçün istifadə etdiyi “Neptun 550” adlı xidməti kateri qanunsuz qeydiyyata almaqda şübhəli bilinir.

2017-2024-cü illərdə Berejnoy Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.

“AzPolitika.info”

Seçilən
6
azpolitika.info

1Mənbələr