Sea Breeze

Azərbaycan Tibb Universitetində yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupun iclası keçirilib

Görüşdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli qarşıdakı 5 il üçün universitetdə tədris edilən ixtisaslar üzrə proqramlarının hazırlanmasına başlandığını bildirib.

Rektor G.Gəraybəyli qeyd edib ki, tədris proqramları 5 ildən bir yenilənir və bu dövrdə olan dəyişikliklər nəzərə alınlr: “Bundan əvvəlki proqram 5 il öncə olan ixtsaslara uyğun təsdiqlənib. 2024-cü ilin dekabrında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bütün universitetlər üçün, o cümlədən ATU üçün bakalavriat, magistratura və rezidentira pilləsi üçün ixtisasların siyahısı təsdiqlənib. Növbəti 5 il üçün proqramlar hazırlanarkən, bu müddətdə ATU-da açılan yeni ixtisaslar – fizioterapiya, tibb bacısı, dietologiya kimi ixtisaslar da nəzərə alınır”.

Professor Gəray Gəraybəyli ilk dəfə olaraq proqramların hazırlanmasında təkcə tədris edən tərəfin yox, həm də əmək bazarının nümayəndələrinin olmasını mühüm dəyişiklik kimi qiymətləndirib. Çünki bu addım tədris proqramlarının tərtib olunduğu zaman əmək bazarının (həkimləri işəgötürən dövlət qurumları və özəl şirkətlər) tələblərinin müəyyənləşdirilməsinə imkan verir.

Daha sonra iclas iştrakçıları tədris proqramlarının hazırlanması prosesi ilə bağlı fikirlərini bildiriblər. Görüşdə işçi qrupun digər universitetlərdən olan üzvləri də iştirak ediblər.

ETX
ETX
ETX