AZ

"Novruz millətimizin milli-mənəvi ruhunu özündə ehtiva edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Milli bayramımız olan Novruz millətimizin minilliklər boyu topladığı ən zəngin folklorunun milli-mənəvi ruhunu özündə ehtiva edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

O bildirib ki, saflıq, bərabərlik, birlik bayramı olan Novruz ölkəmizin hər yerində, xaricdə yaşayan azərbaycanlıların ailələrində və qardaş Türk dünyasında geniş şəkildə bayram edilir: "Son illərdə biz Novruz bayramını tamamilə fərqli əhval-ruhiyyədə keçiririk. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Qoşa Qala qapısında qalanın Novruz tonqalında çıxış edərkən Ulu Öndər deyirdi ki, biz ölkəmizin ərazisini işğalçılardan azad edəcəyik, hüdudlarını bərpa edəcəyik. Sonrakı illərdə cənab Prezidentimiz İlham Əliyev də bütün çıxışlarında torpaqlarımızın işğaldan azad ediləcəyini və Novruz tonqallarının həmin ərazilərdə qalanacağını demişdi. Bu sözlərin hamısı yerinə yetirilib. Tariximizin ən unudulmaz hadisələrindən biri 2021-ci ildə Şuşada, 2024-cü ildə isə Xankəndində cənab Prezident İlham Əliyevin Novruz tonqalını qalaması oldu. Bu, sadəcə Novruz tonqalı deyildi, həmin tonqalda separatçılıq, Ermənistanın "Miatsum" sərsəmləmələri yandırılıb külə döndərildi. Bu gün millətimiz böyük sevinclə heç vaxt olmadığı kimi Novruz bayramını qarşılayır. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız dədə-baba torpaqlarında Novruz tonqalı qalayırlar.

Novruz bayramı ərəfəsində cənab Prezidentimiz İlham Əliyev yüzlərlə ailəni sevindirir, göz yaşlarını silir. Əfv sərəncamını imzalamaqla yüzlərlə məhkumun azad edilib ailələrinə qovuşması cənab Prezidentimizin humanizmini göstərir. Novruz bayramının dünya miqyasında tanıdılmasında müstəsna xidmət Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətidir. Məhz Mehriban xanımın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Ən ibrətamiz məsələlərdən biri ondan ibarətdir ki, Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə çoxlu ağac əkilir. Bu, ekologiyanın qorunması istiqamətində örnək olan bir addımdır".

Müəllif: Söylü Ağazadə
Seçilən
7
sia.az

1Mənbələr