AZ

Mixail Saakaşvilinin cəzası bəlli oldu

Mixail

Gürcüstan məhkəməsi keçmiş prezident Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. “Ulusum”.az xəbər verir ki, bu barədə Gürcüstanın Mtavari Arxi telekanalı məlumat yayıb.Qeyd olunur ki, Saakaşvili, 2014-cü ildə dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı “gödəkçə işi” adı ilə tanınan cinayət işi üzrə ittiham olunub. İttihama görə, o, dövlət büdcəsindən aldığı pullarla şəxsi xərclərini qarşılayıb — gödəkçələr, palto və qol saatı alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik prosedurlar keçirdib, bahalı avtomobil və təyyarə icarəyə götürüb.Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illər arasında Gürcüstanın prezidenti olub.

Diqqət Çəkənlər

Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı

Zelenski atəşkəs təklifinin təfərrüatlarını açıqladı

Məşhur italyan tenoru Bakıda çıxış edəcək - VİDEO

Seçilən
20
ulusum.az

1Mənbələr