AZ

YAP Nərimanov rayon təşkilatı ərazi partiya təşkilatında görüş keçirib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı “Olimpiya küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında hesabat iclası keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Amil Xudiyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin sektor müdiri Aydın Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və digərləri Yeni Azərbaycan Partiyasının 32 ildən artıq müddət ərzində keçdiyi şərəfli və zəfər dolu yoldan bəhs ediblər. Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin və tarixi Zəfərlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı, bu gün isə Prezident İlham Əliyevin Sədri olduğu partiyanın fəaliyyəti ilə sıx bağlı olduğu vurğulanıb.

Çıxışlardan sonra ərazi partiya təşkilatının fəaliyyətinə dair hesabat dinlənilib, bir sıra təşkilati məsələlərə baxılıb.

Sonda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya üzvlərinə təşəkkürnamə təqdim olunub.

Seçilən
15
unikal.az

1Mənbələr