AZ

BMT-nin sessiyasında Azərbaycanın təşkilatçılığı ilə paralel tədbir keçirilib

Vyana, 12 mart, AZƏRTAC

Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyası çərçivəsində Azərbaycanın Vyanada yerləşən Beynəlxlaq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dəstəyi ilə “Təchizat Zəncirlərinin Təhlükəsizliyinin Təmin Edilməsi: Beynəlxalq Nəqliyyat Dəhlizlərində Narkotiklərin Qanunsuz Dövriyyəsi və digər Qanunsuz Fəaliyyətlərə Qarşı Mübarizədə Hüquq Mühafizə Orqanlarının Rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov beynəlxalq daşımalar çərçivəsində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi və trans-sərhəd qaçaqmalçılığına qarşı mübarizə sahəsində Azərbaycan gömrük orqanları tərəfindən görülən tədbirlər və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinə toxunub.

Tədbirdə BMTNCİ, INTERPOL, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələrinin çıxışları dinlənilib, mövzu üzrə müzakirələr aparılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
9
azertag.az

1Mənbələr