AZ

Məşhur həmyerlisini arxada qoydu

Kilian Mbappe yeni rekordun müəllifi olub.

26 yaşlı hücumçu bunu La Liqanın “Rayo Valyekano” ilə oyununda (2:1) qapıya yol tapmaqla bacarıb. Kilian “Real”dakı debüt mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb. Bununla da o, hər hansı bir klubda debüt mövsümündə 29 və daha çox qol vuran ilk fransız futbolçu kimi tarixə düşüb.

Əvvəlki rekordkeçmiş hücumçu Mişel Platiniyə məxsus idi. O, 1982/83 mövsümündə “Yuventus”un heyətində 28 qol vurmuşdu. “Real”a ötən yay keçən Mbappe bu kluba müqavilə ilə 2029-cu ilə qədər bağlayıb.

Seçilən
7
1
football-plus.az

6Mənbələr