ABŞ-də qızılcaya yoluxanların sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Texas Səhiyyə Xidmətləri Departamenti məlumat yayıb.
Məlumata görə, Texas ştatında qızılcaya yoluxanların sayı 223-ə çatıb.
Səlahiyyətlilər epidemiyanın yayılmasına nəzarət etmək üçün yerli səhiyyə şöbələri ilə işləməyə davam edir.
Mina Mikayılova