AZ

"Etiraf etmək lazımdır ki..." - "Liverpul"un qapıçısı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Parisdə 1:0 hesabı ilə məğlub etdiyi PSJ-yə İngiltərədəki cavab qarşılaşmasında uduzaraq (0:1, penaltilər 1:4) mübarizəni dayandıran "Liverpul"un qapıçısı Alison Beker fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Etiraf etmək lazımdır ki, rəqib çox yaxşı oynadı. Onların əla komandaları var. Çox sayda qol epizodu yaratsaq da, istəyimizə çatmadıq. PSJ də açıq futbol oynadı. Yenilgini qəbul etmək çox çətindir, çünki daha artığına nail ola bilərdik. Amma şikayətlənməyə vaxt yoxdur. Bizi qarşıda İngiltərə Liqa Kubokunun finalı gözləyir. Daha sonra çempionat oyunlarına çıxmalıyıq... 

Təzyiqi artırdığımız dəqiqələrdə PSJ inamla müdafiə olundu. Qapıçıları Donnarumma isə möhtəşəm çıxışla yadda qaldı. Futbol belədir. Burada nə istəsən, baş verə bilər". 

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr