1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi bərpa edilib. Bu, müharibənin bitirilməsi vaxtını yaxınlaşdırır".
Oxu.Az-ın UNN nəşrinə istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard "X" hesabında məlumat verib.
"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi sayəsində biz Ukraynada qanlı müharibənin sona çatmasına doğru daha bir mühüm addım atdıq. Prezidentin tapşırığına əsasən, Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində fasilə başa çatıb", - deyə Qabbard paylaşımda bildirib.
Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqlar baş tutub və müvafiq qərar bundan sonra verilib.