AZ

Qırğızıstan və Çexiya arasında ticari əməkdaşlıq müzakirə olunub

BAKI, TurkicWorld

Praqa şəhərində Qırğızıstanın səfiri Tolendi Makeev Çexiya Xarici İşlər Nazirliyinin Asiya və Sakit okean departamentinin direktoru Marek Librjitski və Çexiya Sənaye və Ticarət Nazirliyinin Mərkəzi Asiya üzrə şöbə müdiri Vatslav Lidl ilə görüş keçirdi.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüş zamanı səfir iki ölkə arasında Xarici İşlər Nazirlikləri səviyyəsində məsləhətləşmələrin aktivləşdirilməsini və cari ildə növbəti görüşün keçirilməsini təklif edib.

Tərəflər Qırğızıstan və Çexiya arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd ediblər.

Səfir, eyni zamanda, 1920-ci illərdə yaradılmış "İntergelpo" sənaye kooperativinin ilk heyətinin Qırğızıstana gəlişinin 100 illiyi münasibətilə birgə tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Bildirilib ki, ötən il Qırğızıstan Prezidenti Sadir Japarovun Brüsselə səfəri zamanı imzalanmış Qırğızıstan və Avropa İttifaqı arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini Çexiya 2024-cü il yanvarın 30-da ratifikasiya edən ilk Aİ ölkəsi olub.

Görüşün nəticələri, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Seçilən
14
turkic.world

1Mənbələr