AZ

Əfv Komissiyasının iclası keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Onun sözlərinə görə, bu gün komissiyanın bu il üçün 4-cü iclası baş tutub.
İclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb. Toplantıda 100-ə yaxın müraciət müzakirə olunub.
Hər bir müraciət üzrə səsəvermə əsasında qərarlar qəbul edilib.
Komissiya işini davam etdirəcək. İclaslar yekunlaşandan sonra sənədlər Prezidentə təqdim olunacaq.
Seçilən
10
24
yeniavaz.com

10Mənbələr