AZ

Azərbaycan Bolqarıstan və Cənub-Şərqi Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevrilib - Rosen Plevneliyev

Bakı. Trend:

Azərbaycan çətin məqamda öz etibarlılığını nümayiş etdirdi vəBolqarıstan və Cənub-Şərqi Avropa ölkələri üçün strateji tərəfdaşaçevrildi.

Trend xəbərverir ki, bunu Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev12-ci Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransındabildirib.

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızdan qürur duyuruq. Bizona olduqca minnətdarıq, belə ki, Azərbaycan çətin dönəmdə özetibarlılığını sübut edib. Məsələn, “Qazprom” Bolqarıstana tədarükolunan qazı bir gün dayandırdı, Azərbaycan isə bizim köməyimizəgəldi, strateji tərəfdaşlıq və qarşılıqlı etibarlı münasibətlərqurmağa nail oldu”, - deyə R.Plevneliyev bildirib.

O vurğulayıb ki, Bolqarıstan və digər region ölkələriəməkdaşlığı daha da genişləndirərək, ikitərəfli ticarətin həcminigenişləndirmək istəyir.

“Artıq Rumıniya, Bolqarıstan, Macarıstan və başqa ölkələrləmüqavilələr bağlanıb, həmçinin, Gürcüstanla yeni layihə üzrəmüqavilə bağlanıb ki, bu “yaşıl” enerjinin Avropaya tədarükübaxımından önəmli olacaq. Həmçinin, rəqəmsal rabitə və nəqliyyatinfrastrukturu inkişaf edir”, - deyə keçmiş Bolqarıstan prezidentiəlavə edib.

R.Plevneliyev qeyd edib ki, gələcəkdə Azərbaycanla Balkanölkələri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın daha dagüclənməsi müşahidə olunacaq ki, bu da bütövlükdə region üçünmüsbət faktordur.

Seçilən
26
az.trend.az

1Mənbələr