Bakı, 12 mart, AZƏRTAC
Cənub-Şərqi Avropa üçün Azərbaycan mühüm tərəfdaşdır. Çətin anlarımızda Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Bakı Qlobal Formunun İdarə Heyətinin mətbuat konfransında söyləyib.
"Mənim ölkəm Bolqarıstana Rusiya qaz ixrac etməyi artıq dayandırıb. Azərbaycan bu çətin dövrdə bizim üçün etibarlı enerji təminatçısına çevrildi və bu, münasibətlərimizin yeni müstəviyə keçməsinə səbəb oldu", - deyə o, qeyd edib.
Rosen Plevneliyev yeni layihələrin olduğunu da diqqətə çatdıraraq vurğulayıb: “Biz Çindən Avropaya Azərbaycan vasitəsilə daşımalar edirik. Bizim yeni layihəmizdə Rumıniya, Bolqarıstan, Macarıstan, Gürcüstan və digər ölkələr iştirak edəcək".